Kontent hazırlamaqdan hədəfli reklama qədər SMM-in tam dövrəsini praktikada öyrənin. Kursu bitirəndə hesab idarə etməyə və müştəri götürməyə hazır olursunuz.
SMM mütəxəssisi kimi karyera qurmaq istəyənlər, freelance işləmək istəyənlər, öz biznesinin sosial media hesablarını özü aparmaq istəyən sahibkarlar və mövcud biliklərini reklam tərəfi ilə gücləndirmək istəyən kontent-meykerlər üçün. Sıfırdan başlamaq olar — telefon və öyrənmək istəyi kifayətdir.
Kurs Azərbaycan bazarının reallıqları üzərində qurulub: yerli auditoriya davranışı, yerli qiymətləndirmə və real müştəri ssenariləri.
Auditoriya analizi, mövqeləndirmə və aylıq kontent planının qurulması.
Reels ssenariləri, vizual estetika, mobil montaj və caption yazımı.
Ads Manager-də hədəfləmə, büdcə və kampaniya qurulumu — praktikada.
Alqoritmin məntiqi, trend ovu və TikTok reklam kabineti.
Mesaj və şərhlərlə satışa aparan kommunikasiya qaydaları.
Metrikaları oxumaq, nəticəni ölçmək və müştəriyə hesabat vermək.
Kiçik qruplarda interaktiv keçirilən praktik dərslər.
Tapşırıqlar real hesab və real kontent üzərində yerinə yetirilir.
Kursun sonunda hazır SMM strategiyası və kontent nümunələri.
Kursdan sonra sual-cavab dəstəyi davam edir.
Xeyr — kursda mobil telefonla keyfiyyətli kontent hazırlamağın praktik yolları öyrədilir; mürəkkəb dizayn proqramları tələb olunmur.
Bəli — Azərbaycanda kiçik biznes seqmentində SMM xidmətinə tələb yüksəkdir. Kursda müştəri tapmaq və qiymət qoymaq mövzusuna da toxunuruq.
Əlaqə formunu doldurun və ya zəng edin — aktual qrup, cədvəl və qiymət məlumatını birbaşa paylaşım.
Növbəti qrupda yerinizi ayırın — cədvəl və qiymət üçün formu doldurun və ya birbaşa zəng edin.