Axtarış, display, YouTube və remarketinq — Google Ads-in tam praktikası. Kursu bitirəndə sıfırdan kampaniya qurub büdcəni optimallaşdıra bilirsiniz.
Performans marketinqi sahəsində ixtisaslaşmaq istəyən marketoloqlar, reklam büdcəsini agentliyə yox, öz biliyinə əmanət etmək istəyən sahibkarlar və qazanclı freelance istiqamət axtaranlar üçün. Google Ads mütəxəssisləri bazarda ən çox axtarılan və ən yaxşı ödənilən rəqəmsal peşələrdəndir.
Dərslər real reklam kabinetində keçir: nəzəri slaydlar yox, canlı quruluş, canlı optimizasiya və real büdcə məntiqi.
Açar söz araşdırması, elan qrupları və satan elan mətnlərinin yazılması.
Banner kampaniyaları və saytdan çıxan istifadəçilərin geri qaytarılması.
Video kampaniyaların qurulması və auditoriya hədəfləməsi.
Google Tag və Analytics ilə zəng, form və satışların ölçülməsi.
Neqativ açar sözlər, təklif strategiyaları və xərcin azaldılması.
Kabinet auditi aparmaq və nəticəni rəqəmlərlə təqdim etmək.
Real kabinet üzərində addım-addım praktik izah.
Hər modulda öz kampaniyanızı qurub geridönüş alırsınız.
Kursun sonunda tam işlək kampaniya strukturu — portfeliniz üçün.
Kursdan sonra ilk kampaniyalarınızda sual-cavab dəstəyi.
Xeyr — sadə hesab və məntiq kifayətdir. Bütün texniki quruluşlar (izləmə, teqlər) dərsdə addım-addım göstərilir.
Qurulum və strategiya real kabinetdə büdcəsiz öyrənilir; istəyənlər üçün kiçik test büdcəsi ilə canlı kampaniya təcrübəsi də mümkündür.
Kurs sonunda iştirak sertifikatı təqdim olunur, əlavə olaraq rəsmi Google Skillshop sertifikasiyasına hazırlıq istiqaməti verilir.
Növbəti qrup, cədvəl və qiymət barədə məlumat üçün formu doldurun və ya birbaşa zəng edin.