İnsanlar reklamdan qaçır, amma faydalı məzmunu özləri axtarır. Auditoriyanızla güvən quran, brendinizi ekspert kimi mövqeləndirən və nəticədə satışa aparan kontent strategiyası qururam.
Kontent marketinq — auditoriyanızın suallarına cavab verən, problemlərini həll edən dəyərli məzmun yaratmaqla müştəri qazanmaq üsuludur. Reklam “məndən al” deyirsə, kontent “sənə kömək edim” deyir — və məhz buna görə güvən yaradır. Güvən isə satışın ən qısa yoludur.
Üstəlik keyfiyyətli kontent ikiqat işləyir: bu gün sosial mediada auditoriya toplayır, sabah Google axtarışlarında və süni intellekt cavablarında (AEO/GEO) saytınıza trafik gətirir. Yəni bir dəfə yaradılan məzmun illərlə müştəri qazandıran aktivə çevrilir.
Auditoriya analizi əsasında mövzu xəritəsi və aylıq kontent planı.
Google-da sıralanan, sualı cavablandıran, satışa yönləndirən yazılar.
Reels, karusel və post ssenariləri — platformaya uyğun formatda.
Landing və xidmət səhifələri üçün konversiyaya yönəlmiş mətnlər.
Mövcud bazanı satışa çevirən ardıcıl kommunikasiya.
Hansı kontentin oxunduğu, paylaşıldığı və satış gətirdiyi ölçülür.
Auditoriyanın sualları və rəqib kontenti analiz edilir.
Mövzular, formatlar və yayım təqvimi hazırlanır.
Mətn, vizual və ssenarilər brend dilində yaradılır.
Nəticələr analiz edilir, plan datalara görə yenilənir.
Demək olar hamısına — xüsusilə xidmət sektoru, təhsil, tibb, hüquq və B2B kimi güvənin həlledici olduğu sahələrə. Müştəri qərar verməzdən əvvəl araşdırırsa, kontent sizin ən güclü silahınızdır.
Strategiya, mövzular və mətnlər mənim üzərimdədir; çəkiliş tələb olunan formatlarda isə komandanızla birgə işləyir və ya prosesi təşkil edirəm.
Trafik, oxunma, əhatə və ən əsası — kontentdən gələn müraciət sayı. Hər ay sadə dildə hesabat alırsınız.
Biznesiniz üçün hansı kontent formatlarının işləyəcəyini pulsuz müzakirə edək. Formu doldurun və ya zəng edin.