Təlimlər

Google Ads Kursu — Reklam Kabinetini Peşəkar Kimi İdarə Edin

Axtarış, display, YouTube və remarketinq — Google Ads-in tam praktikası. Kursu bitirəndə sıfırdan kampaniya qurub büdcəni optimallaşdıra bilirsiniz.

Kimlər üçündür

Bu Google Ads təlimi kimlərə uyğundur?

Performans marketinqi sahəsində ixtisaslaşmaq istəyən marketoloqlar, reklam büdcəsini agentliyə yox, öz biliyinə əmanət etmək istəyən sahibkarlar və qazanclı freelance istiqamət axtaranlar üçün. Google Ads mütəxəssisləri bazarda ən çox axtarılan və ən yaxşı ödənilən rəqəmsal peşələrdəndir.

Dərslər real reklam kabinetində keçir: nəzəri slaydlar yox, canlı quruluş, canlı optimizasiya və real büdcə məntiqi.

Proqram

Kursda nələr öyrənəcəksiniz?

🔍

Axtarış kampaniyaları

Açar söz araşdırması, elan qrupları və satan elan mətnlərinin yazılması.

🖼️

Display və remarketinq

Banner kampaniyaları və saytdan çıxan istifadəçilərin geri qaytarılması.

▶️

YouTube reklamları

Video kampaniyaların qurulması və auditoriya hədəfləməsi.

🧭

Konversiya izləməsi

Google Tag və Analytics ilə zəng, form və satışların ölçülməsi.

✂️

Büdcə optimizasiyası

Neqativ açar sözlər, təklif strategiyaları və xərcin azaldılması.

📊

Hesabat və audit

Kabinet auditi aparmaq və nəticəni rəqəmlərlə təqdim etmək.

Format

Təlim necə keçir?

01

Canlı dərslər

Real kabinet üzərində addım-addım praktik izah.

02

Praktik tapşırıqlar

Hər modulda öz kampaniyanızı qurub geridönüş alırsınız.

03

Real kampaniya

Kursun sonunda tam işlək kampaniya strukturu — portfeliniz üçün.

04

Dəstək

Kursdan sonra ilk kampaniyalarınızda sual-cavab dəstəyi.

FAQ

Tez-tez verilən suallar

Riyaziyyat və ya texniki bilik lazımdır?

Xeyr — sadə hesab və məntiq kifayətdir. Bütün texniki quruluşlar (izləmə, teqlər) dərsdə addım-addım göstərilir.

Praktika üçün reklam büdcəsi tələb olunur?

Qurulum və strategiya real kabinetdə büdcəsiz öyrənilir; istəyənlər üçün kiçik test büdcəsi ilə canlı kampaniya təcrübəsi də mümkündür.

Sertifikat verilir?

Kurs sonunda iştirak sertifikatı təqdim olunur, əlavə olaraq rəsmi Google Skillshop sertifikasiyasına hazırlıq istiqaməti verilir.

Google Ads bacarığı ilə dəyərinizi artırın

Növbəti qrup, cədvəl və qiymət barədə məlumat üçün formu doldurun və ya birbaşa zəng edin.